Reklam verin!
Dilsiz vətən - Vətənsiz qüşlar - Bayrqsiz vətən

Aman Ayrılıq
Bu darıxdıran duman ayrılıq
Başa sovrulan saman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Aman ayrılıq, aman ayrılıq

Bir gözün açar, bir gözün yumar
Arazı sərin gördükdə umar
Xəzər'i dərin gördükdə cumar
Can dəryasına cuman ayrılıq

Aman ayrılıq, aman ayrılıq

Arazım vursun baş daşdan daşa
Göz yaşı gərək başlardan aşa
Necə yad olsun qardaş qardaşa
Nə din qanır, nə iman ayrılıq
Aman ayrılıq, aman ayrılıq

Göylərin günün, ayın gizlədir
Ulduz axdırır, sayın gizlədir
Oxunu atır, yayın gizlədir

Qəddimi edip kâman ayrılıq
Aman ayrılıq, aman ayrılıq

Ayrılıq gələ, bir kərəm qıla
Bir neçə gün də bizdən ayrıla
Qəm də bir biz tək sova-savrula
Hanı bir belə güman ayrılıq
Aman ayrılıq, aman ayrılıq

Dedim ayrılıq, gınama məni
Səni görmüşəm ellər düşməni
Yüz min kərrə də sınasam səni
Haman ayrılıq, haman ayrılıq
Aman ayrılıq, aman ayrılıq

Amansız gözün yuman ayrılıq
Can cızlığından uman ayrılıq
Nə ğəmli yazar roman ayrılıq
Dillerə salan duman ayrılıq
Aman ayrılıg, aman ayrılıq

Sən unudsan da Süleyman məni
Unudmuyacaq Şəhriyar səni
Yaz gələr bülbül gapsar çəməni
İndilik sevsin zaman ayrılıq
Aman ayrılıq, aman ayrılıq


Bookmark and Share

Açar sözlər:

Yazar: kimsə | Tarix: İyul 8, 2008 23:58 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 59

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha