Açar sözlər:
Aman Ayrılıq
Bu darıxdıran duman ayrılıq
Başa sovrulan saman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Bir gözün açar, bir gözün yumar
Arazı sərin gördükdə umar
Xəzər'i dərin gördükdə cumar
Can dəryasına cuman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Arazım vursun baş daşdan daşa
Göz yaşı gərək başlardan aşa
Necə yad olsun qardaş qardaşa
Nə din qanır, nə iman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Göylərin günün, ayın gizlədir
Ulduz axdırır, sayın gizlədir
Oxunu atır, yayın gizlədir
Qəddimi edip kâman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Ayrılıq gələ, bir kərəm qıla
Bir neçə gün də bizdən ayrıla
Qəm də bir biz tək sova-savrula
Hanı bir belə güman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Dedim ayrılıq, gınama məni
Səni görmüşəm ellər düşməni
Yüz min kərrə də sınasam səni
Haman ayrılıq, haman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Amansız gözün yuman ayrılıq
Can cızlığından uman ayrılıq
Nə ğəmli yazar roman ayrılıq
Dillerə salan duman ayrılıq
Aman ayrılıg, aman ayrılıq
Sən unudsan da Süleyman məni
Unudmuyacaq Şəhriyar səni
Yaz gələr bülbül gapsar çəməni
İndilik sevsin zaman ayrılıq
Aman ayrılıq, aman ayrılıq
Açar sözlər:
Mənim gözum ağlamazdı
onu ağlar qoydular
Mənim dilim həp söylərdi
məni dilsiz qodular
Başım üzumə əyılməzdi
onu darda boğdular
Mənim belim əyilməzdi
işkəndivə bükdulər
Qardaşım qoxmazın qanın
nahaq yerə tök tülər
Azərbaycan ellərin
sinələrin sök tülər
Aman Allh niyə bizi
parça parça böldulər
Bir xalqın belin bükən
nahaq yerə qanın tökən
Bir bədəni iki bölən
udus səknələr sökən
Azadlğa həsrət qoyan
sazı boğazlarda boğan
Anaları ağlar qoyan
igitlərı darda boğan
Özu ağlar qalacaq
özu darda qalacaq
Azərbaycan yurdunun
alovunda yanacaq
Açar sözlər:
Anamın uruhunu orda görmuşəm
Baxmayın elimdən aralıyam mən
Dilim haralıdır oralıyam mən
Açar sözlər:


